Mükəmməl vitamin qaynağı olan GÜNƏBAXAN TUMUNUN faydaları
23.05.2021 09:36

Günəbaxan tumu əsas yağ turşuları, vitaminlər və mükəmməl mineral qaynağıdır.

 

Aztibb.az xəbər verir ki, günəbaxan tumu tərkibində olan E vitamini və fol turşusu ilə ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki E vitamini orqanizmə antioksidant təsir göstəməklə yanaşı, onu sərbəst radikallara qarşı qoruyur.

 

Günəbaxan tumları hüceyrələrə dəyə biləcək zərərləri aradan qaldırmaq və beyin sağlamlığını qorumaq qabiliyyətinə malikdir. Bağırsağın işini rahatlaşdıraraq metobolizmi sürətləndirmək qabiliyyətinə malikdir. Günəbaxan tumunun tərkibində olan təbii fol turşusu və yağ turşuları damar xəstəliklərinin sağalmasına yardım edir.

 

Günəbaxan tumu bağırsaqlarda olan toksinlərin orqanizmdən xaric olunmasına yardım edir və bununla da xərçəng riskini və xolesterolu azaldır.  Tərkibində olan triptofan maddəsi ilə beyində əmələ gələn seratoninin miqdarının artmasına səbəb olur. Həmçinin tərkibindəki vitaminlər sayəsində osteoartrit, astma və revmatoid artrit xəstəliklərinin əlamətlərinin azalmasına səbəb olur.

 

Günəbaxan tumu orqanizmdə olan iltihab əlamətlərinin də aradan qalxmasına yardım edir. Tərkibindəki maqnezium və kalsium sümük sisteminin möhkəmlənməsinə yardım edir, sümük toxumasının əriməsinin qarşısını alır.

 

Tərkibində olan doymuş və doymamış yağlar sayəsində günəbaxan tumu qanda xolesterolun normallaşmasında faydası böyükdür.
O, əzələlərin rahatlaşmasına səbəb olur, qan təzyiqini aşağı salır, immuniteti artırır. Qalxanvari vəzin fəaliyyətinə də təsir göstərir, tiroid pozğunluqlarını aradan qaldırmağa kömək edir.

 

Günəbaxan tumunda saçların uzanması üçün vacib olan vitamin və minerallar var .Protein qaynağı olan bu tum saçların canlılığını artırır və onların canlanmasına yardım edir.

 

Günəbaxan tumu klimakteriya əlamətlərinin azalmasına, dərinin qocalmasının qarşısının alınmasına yardım edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev