Beyin dil və əllərin səhv hərəkətini eyni neyron zənciri ilə düzəldir
22.05.2021 16:00

Neyrobioloqlar dilin hansı neyron zəncirləri ilə, eyni zamanda, necə idarə olunduğunu çoxdan anlamağa çalışırlar. Problem ondadır ki, dil xırda hərəkətləri çox tez yerinə yetirir - onu izləmək çətindir.

 

Aztibb.az “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Kornell Universitetinin əməkdaşları siçanın borucuqdan su içməsini təfərrüatı ilə videoya çəkməyi bacarıblar. Süni intellektin yüksəksürətli çəkilişinin və üçölçülü modelləşdirmənin köməyilə alimlər dilin kənarlarının, onun aşağı səthinin və kökünün necə dəyişdiyini görə biliblər. Məlum olub ki, dil müntəzəm hərəkət edir və adi videoçəkilişdə görünmür. Bu korreksiyaedici hərəkət dildən hər hansı damcı sürüşdükdən sonra (məsələn, siçan hərəkətini hesablamayaraq damcıya çata bilməyəndə, yaxud tədqiqatçılar içində su olan borucuğu siçandan uzaqlaşdıranda) başlayır.

 

Siçan sadəcə suyu içməyib – eyni vaxtda onun beyinində əzələlərin fəaliyyətinin asılı olduğu bu və ya digər nahiyələrin aktivliyini idarə etmək mümkün olub. Əgər siçanlarda iradi hərəkətlər üçün lazım olan beyin mərkəzinin aktivliyi dayandırılıbsa, dilin korreksiyaedici hərəkəti yoxa çıxıb. Yəni dilin düzgün işləməsi üçün onun səhvlərini düzəldən nəzarətedici iradə lazımdır.

 

“Nature” jurnalında qeyd edilir ki, siçanlarda dilin hərəkətini korreksiya edən eyni neyron zənciri primatlarda da işləyir. Yalnız primatlarda həmin neyron zənciri əl hərəkəti ilə əlaqədə öyrənilib. Ümumiyyətlə, dilin hərəkətində olduğu kimi, eyni proses əl ilə də baş verir: əgər meymun nəyisə tutmaq istəyirsə, lakin bunu necə etməyi tam başa düşmürsə, yaxud bu, onda ilk hərəkətdən alınmırsa, məqsədə çatana qədər hərəkəti korreksiya etmək lazım gəlir.

 

Əsas eksperiment də bundadır – tədqiqatçılar göstəriblər ki, hərəkətlərin korreksiyasını istər əllərin əzələlərində, istərsə də dilin əzələlərində eyni neyron mərkəzi yerinə yetirir. Demək olar ki, beyin dili əllər kimi idarə edir (hərçənd yığılma və boşalma üçün adi, korreksiyaedici siqnal verməyən neyronların əl və dil üçün fərqli olduğu aydın görünür).

 

Lakin dil digər işlər də görür. Yəni dil təkcə siçan su içəndə hərəkət etmir, həmçinin çeynəməyə, müxtəlif səslər çıxarmağa kömək edir. Alimlərin fikrincə, bu və digər hallarda korreksiyaedici hərəkəti izah etmək maraqlı olardı; bəlkə bu hərəkətlər üçün ayrıca korreksiyaedici mərkəz var, bəlkə də onları eyni neyron zənciri idarə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır