Xalazion xəstəliyini itdirsəyindən fərqləndirən ƏLAMƏTLƏR
22.05.2021 10:16

Xalazion xəstəliyi özünü göz qapaqlarında şişkinlik, qızartı, ağrı kimi əlamətlərlə büruzə verir.

 

Aztibb.az xəbər verir ki, xalazion və itdirsəyinin (hordeolum) fərqli əlamətləri barədə Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Xalazion qeyri infeksion mənşəli, itdirsəyi isə adətən infeksiyon mənşəli olur. O, immun sistemi zəifliyi, kiprik dibinin xroniki iltihabı (blefarit xəstəliyi) zamanı yaranır. 
Bəzən spontan sağalma da mümkündür. 

 

Müalicəsi:

 

Gündə 4-5 dəfə isti kompress olunur.

 

Xalazion olduqda şişkin nahiyəyə kortikosteroid inyeksiya olunur və ya cərrahi üsulla təmizlənir. 

 

İtdirsəyi bəzən infeksiyon ağırlaşmalara gətirib çıxara bilir. Bu zaman daxilə müvafiq antibiotik təyin olunur.

 

Bu zaman kirpikdibi gigiyenası da mühüm rol oynayır. Bu məqsədlə kirpikdibi şampunları və ya xüsusi göz salfetləri istifadə oluna bilər.

 

Şişkin nahiyəni qəti şəkildə sıxmaq olmaz. Bu, infeksiyanın ətraf toxumalara yayılmasına səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev