Faydalı bitki – Kahı
22.05.2021 08:37

Kahı sağlamlıq üçün olduqca faydalıdır. Onun tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.

 

Aztibb.az xəbər verir ki, əvvəllər kahını toxumlarından yağ əldə etmək üçün əkirdilər. Yunanlar və romalılar onun dadını öyrənəndən sonra müalicəvi keyfiyyətindən də yararlanmağa başlayıblar. Kahı digər tərəvəzlərlə birlikdə yeyilir və toxluq hissi vermir.

 

Bitkinin tərkibində qanyaratmada iştirak edən dəmir və maddələr mübadiləsində iştirak edən maqnezium var. Onu dəyərli edən tərkibindəki kalsium və maqnezium nisbətinin ideal olmasıdır.

 

Kahı şirəsinə yerkökü qatanda A vitamini ilə zənginləşir, kökdə olan natrium kahıdakı kalsium duzunu məhlul vəziyyətində saxlayır, kristala çevrilməyə qoymur.

 

Kahı şirəsi vərəm və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər üçün əvəzsiz dərmandır. Ondan sidikqovucu vasitə kimi də istifadə olunur. Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını hər gün uşağa verəndə sağlam və gümrah böyüyür. Şəkərin miqdarını aşağı saldığına görə şəkərli diabet xəstələrinin də ondan istifadə etməsi məsləhətdir. Piylənmə və pəhriz qidalanması zamanı kahı çox xeyirlidir, xırdalanmış toxumlarının sulu məhlulu laktasiya zamanı ana südünü artırır.

 

Kahı suyu dəriyə təzəlik verir, sızanaqları aradan qaldırır, sıyığı isə yanıq və çibana səmərəli təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev