Üç dializ xəstəsinə böyrək nəql olunub - Tədris Cərrahiyyə Klinikası
21.05.2021 14:58
Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında üç dializ xəstəsi üzərində uğurlu böyrək nəqli əməliyyatı həyata keçirilib.
  
Aztibb.az xəbər verir ki, bu barədə ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov məlumat verib.
 
Onun sözlərinə görə, donorlar xəstələrin qohumları olub: “Biz əməliyyatları İstanbul Bilim Universitetinin professor-müəllim heyəti ilə briqada şəklində həyata keçirdik. Əməliyyatdan bir həftə sonra xəstələr evlərinə buraxıldı. İstər donorlar, istərsə də əməliyyat olunanlar özlərini normal hiss edirlər. Onlar öz durumlarından və tibbi personalın xidmətindən məmnundurlar. Xəstələr daha dializ aparatından asılı olmayacaqlarına görə çox sevinirlər”.
 
Təxminən 6-7 aydan sonra pasiyentlərin artıq həftəlik deyil, 2-3 aydan bir müayinə olunacaqlarını deyən kafedra müdiri, böyrək nəqli əməliyyatının dializ xəstələrinin probleminin həllində ən uyğun əməliyyat olduğunu da diqqətə çatdırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır