ATU-nun ürək-damar mərkəzində ən müasir əməliyyatlar uğurla həyata keçirilir
20.05.2021 11:26
Bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da ürək-damar xəstəlikləri geniş yayılıb. Ona görə də bu sahənin daim diqqətdə saxlanılması xüsusi önəm daşıyır. Bu baxımdan ATU-nun Tədris Cərrahiyyə Klinikasında da kardioloji müayinə və müalicələr yüksək səviyyədə aparılır.
 
Aztibb.az xəbər verir ki, Klinikanın Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq, dosent Qalib İmanovun sözlərinə görə, burada 2014-cü ildən kardiologiya və kardiocərrahiyyə şöbəsi fəaliyyət göstərir: “Xəstəxana açılandan bütün təchizat və təminat qaydasındadır, burada çox geniş spektrdə kardioloji və kardiocərrahi xidmət göstərilir. Klinikada həm müayinələr, həm stasionar müalicə, həm də qapalı və açıq ürək əməliyyatları həyata keçirilir. Bu gün dünyada kardiologiya və kardiocərrahiyyədə tətbiq olunan əməliyyatların 98 faizi Tədris Cərrahiyyə Klinikasında reallaşdırılır. Bunun üçün hər bir şərait və imkan var:
 
"Bu günə qədər lazım olan avadanlıqları almışıq və xidmətlərimizin sayını mümkün qədər artırmışıq. Müasir tibbi aparatların köməyilə biz hələ ana bətnində olan körpənin ürək qüsurunu aşkar edə bilirik. Uşaq doğulandan sonra hansı müdaxilənin, hansı müalicənin lazım olacağını müəyyən edirik. Sonra həmin qüsurların invaziv, eyni zamanda açıq əməliyyat yolu ilə müalicəsi şöbəmizdə aparılır. Bundan ələvə, angioqrafiya, angioplastika, stend taxılması, beyin damarlarından tutmuş, ayaq damarlarına qədər müxtəlif əməliyyatlar həyata keçirilir”.
 
İki il əvvəl ayrıca aritmioloji şöbə təşkil etdiklərini deyən Q.İmanov, insan həyatına müəyyən dərəcədə təsir edəcək, hətta təhlükəli ola biləcək aritmiyaların müalicəsinin də invaziv yolla aparıldığını söyləyib. Qeyd edib ki, kardioloji mərkəzimizdə müasir tibbi cihazlar uğurla istifadə edilir: “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı və xəstəxanamızın müvafiq müqaviləsi olduğu üçün cihaza ehtiyacı olan xəstələrin böyük əksəriyyəti bizə yönləndirilir. Ona görə də respublikada ürək-damar mərkəzi olaraq həm xəstə sayı, həm də xəstə potensialı baxımından ön sıralardayıq. Təxminən 10-12 nəfərdən ibarət professional komandamız var. Ölkədə cəmi 2 yerdə ürəyin MRT müayinəsi aparılır. Hər cihazın və yaxud hər xəstəxananın bu müayinəni aparmağa imkanı yoxdur. Biz isə bu müayinələri aparırıq. Yəni avadanlıq baxımından heç bir problemimiz yoxdur".
 
Mərkəzdə kardioloji məsələlərə dair vaxtaşırı elmi konfransların keçirildiyini, pandemiya dövründə onlayn məsləhətləşmələrin aparıldığını bildirən Q.İmanov, xarici mütəxəssislərlə təcrübə mübadiləsinin də qənaətbəxş səviyyədə olduğunu vurğulayıb.
ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova