İsveçrədə koronavirusa yoluxma halları tədricən artır  
19.08.2020 20:12

İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında koronavirusa yoluxma hallarında artım tendensiyası müşahidə olunur.

 

May-iyun aylarında gündəlik yoluxma hallarının sayı 10-50 arasında dəyişsə də, artıq avqustun 10-dan bəri bu göstərici 250-dən yuxarıdır. Ötən sutka ərzində isə İsveçrə və Lixtenşteyndə 311 nəfər koronavirusa yoluxub. Bununla da aprel ayından bəri ilk dəfə olaraq gündəlik yoluxma hallarının sayı 300-dən yuxarı olub.

 

İsveçrə Federal Səhiyyə İdarəsi ölkə daxilindəki vəziyyətlə yanaşı İspaniyanın Balear adalarını, Belçika və Maltanı yüksək infeksiya riskinə malik yeni regionlar kimi müəyyənləşdirib və həmin regionlardan İsveçrəyə səfər edən şəxslər 10 gün özünütəcrid şəraitində keçirməlidirlər.

 

Qeyd edilməlidir ki, İsveçrə və Lixtenşteyndə indiyədək 38760 nəfərdə koronavirus aşkarlanıb, 1719 nəfər COVID-19 xəstəliyi ilə əlaqədar dünyasını dəyişib.

 

İnfeksiyaya yoluxma zəncirini asanlıqla müəyyənləşdirmək üçün ölkədə SwissCovid-App mobil tətbiqi istifadə olunur və hazırda 1,29 milyon şəxs bu mobil tətbiqi öz telefonuna yükləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır