Qida Təhlükəsizliyi İnstitutu səriştəlilik sınağında uğurlu nəticə əldə edib
19.05.2021 13:58

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, aparılan sınaq nəticələrinin etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Aprelin 20-də Mərkəzi Baytarlıq Laboratoriyası İngiltərənin “Vetqas” şirkəti tərəfindən “Xırdabuynuzlu heyvanların kataral isitməsi” (Bluetongue disease) üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına cəlb olunub. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası uğurlu nəticə əldə edib.

 

Qeyd edək ki, bu günədək sınaq laboratoriyası xarici laboratoriyaların qatıldığı müxtəlif xəstəliklər üzrə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İngiltərənin “Vetqas” şirkəti tərəfindən təşkil edilmiş beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır