Nikotinamidin qlaukomaya qarşı effektivliyi SÜBUT OLUNDU - TƏDQİQAT
19.05.2021 22:16

Qlaukoma yüksək gözdaxili təzyiq fonunda görmə sinirinin zədələnməsi ilə səciyyələnir. Müalicə olunmazsa, görmənin itirilməsinə səbəb ola bilər. Hazırda müalicə strategiyaları göz damcıları və ya cərrahi müdaxilənin köməyi ilə təzyiqin azaldılmasına yönəlib.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Karolina İnstitutu və Müqəddəs Erik Oftalmologiya Xəstəxanasından olan tədqiqatçılar nikotinamidin heyvanlar və qlaukomanın hüceyrə modellərində təsirini öyrəniblər. 2021-ci ilin payızında insanlar üzərində kliniki sınaqlara başlanılacaq.

 

Nikotinamid torlu qişanın qanqlioz hüceyrələrinin məhv olmasının qarşısını alan və görmə sinirinin sinir liflərinin zədələnməsini bərpa edə bilən agent kimi alimlərin diqqətini cəlb edib.

 

Daha əvvəl alimlər müəyyən ediblər ki, yaş artdıqca NAD (Nikotinamid adenin dinukleotit) molekullarının konsentrasiyası torlu qişada aşağı düşür və torlu qişanın qanqlioz hüceyrələrini degenerasiyaya həssas edir. Nikotinamidin köməyi ilə NAD ehtiyatlarının tükənilməsinin qarşısının alınması qlaukomanın inkişafını dayandırdığı sübut olunub.

 

Son tədqiqatda alimlər nikotinamidin görmə sisteminə (normal şəraitdə və qlaukoma zamanı) təsiri ilə bağlı bir sıra təhlillər aparıblar. Onlar nikotinamidin neyroqoruyucu xüsusiyyətini təsdiq ediblər, eləcə də NAD və digər əsas metabolitlərin metabolizminin tədqiqi üçün həssas alətlər hazırlayıblar.

 

Ekspertlər müəyyən ediblər ki, nikotinamidin sistemli daxil olunması molekulyar səviyyədə məhdud əlavə təsirlərə malikdir, qlaukomalı və ya ona meyilli olan heyvanlarlarda xəstəliyin metabolik profilinin dəyişməsini təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır