Xaçmaz və Siyəzəndəki tibb müəssisələrində aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi açılıb  
19.05.2021 08:00

"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb".

 

Aztibb.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

"Bununla əlaqədar bildiririk ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında AQTA tərəfindən aparılan yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib.

 

Baş Prokurorluq tərəfindən toplanan materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib".

 

"Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.


Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - Mətbuat xidmətindən bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır