Böyüklər və uşaqlarda koronavirusun FƏRQLİ simptomları
18.05.2021 16:57
ABŞ-da aparılan son elmi araşdırmalara əsasən, böyüklər və uşaqlarda koronavirusun simptomları fərqli təzahür olunur.
 
Pediatr-neanotoloq Nurəngiz Hacıyeva sosial şəbəkədə bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, tədqiqatçılar araşdırmaya daxil olan uşaqların əksəriyyətində yetkin xəstələrə xas olan simptomlar - qızdırma, quru öskürək və ya nəfəs darlığının müşahidə olunmadığını müəyyən ediblər. Uşaqların yalnız 18,8%-də qızdırma, halsızlıq, əzələ və ya oynaq ağrısı, qoxu və ya dadın pozulması qeyd edilib. 16,5-də öskürək və nəfəs darlığı daxil olmaqla tənəffüs simptomları, 13,9-da ürəkbulanma, qusma və ishal kimi mədə-bağırsaq simptomları, 8,1-də  dermatoloji simptomlar - dəridə səpkilər və dərinin soyulması, 4,8-də davamlı baş ağrıları qeyd edilib.
 
2019-cu ildə koronavirus xəstəliyi keçirən 2-14 yaşlı uşaqlarda multisistemli iltihab sindromu (MIS-C sindromu) qeyd edilməkdədir. Bu sindrom koronavirus infeksiyasından 4-6 həftə sonra baş verir. MIS-C sindromu əsasən özünü nəfəs darlığı, dodaqların rəngində göyərmə kimi simptomlarla özünü göstərir.
 
Belə qənaətə gəlmək olar ki, COVID-19 virusuna yoluxmuş uşaqların əksəriyyətində xəstəlik yüngül keçir. ABŞ-da aparılmış araşdırmaya daxil olan 12306 uşaqdan ümumilikdə 672 uşaq xəstəxanaya yerləşdirilib. Həmin göstərici tibbi yardıma müraciət edənlərin ümumi sayının 5,5%-ni təşkil edir ki, bu da yetkin xəstələrə nisbətən xeyli azdır. Təcrübədə daha çox temperatur fonunda nəcis tezləşməsi və qusma ilə xarakterizə olunan COVID-19 qeyd edilməkdədir.
 
"Uşaqlarda simptomların qeyri-müəyyənliyi və ya onların olmaması səbəbindən, hazırda yalnız özləri tez-tez xəstələnməyən, lakin virusu daşıyan uşaqlarda və yeniyetmələrdə yalnız testlər etibarlı şəkildə koronavirus diaqnozunu təsdiqləyir", - deyə o, əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev