Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
18.05.2021 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzi Vətən müharibəsində xəsarət alan 90-a yaxın qazimizi müalicə edib.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında mərkəzin direktoru Mehriban Siracova deyib. O bildirib ki, mərkəz 2004-cü ildən fəaliyyət göstərir: "Müəssisəmizdə bütün kateqoriyadan olan xəstələrə reabilitasiya xidmətləri göstərilir.

 

2020-ci il sentyabrın 29-da əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Pandemiya dövrü olduğundan bir müddət xəstə qəbulu dayandırılmışdı. Ötən ilin dekabrından isə qazilərimizə, şəhid və qazi ailələrinə xidmət göstəririk. Müəssisədə həm fizioterapevtik, həm də sosial-psixoloji reabilitasiya şöbələri, müxtəlif fizioterapiya otaqları fəaliyyət göstərir. Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid, qazi ailələri və qazilərimizə sosial psixoloji reabilitasiya layihəsi həyata keçirilməyə başlayıb. Həmin layihə çərçivəsində işçi qrupu yaradılıb. Qrup şəhid və qazi ailələrini ziyarət edərək onlarla yaxından tanış olub, onlara reabilitasiya xidmətləri göstərilib, müalicəyə ehtiyacı olan şəxslər isə mərkəzə dəvət olunaraq yardım göstərilir. Hazırda mərkəz müasir reabilitasiya avadanlıqları ilə təchiz olunub, şəhid, qazi ailələri və qazilər həmin xidmətlərdən yararlanırlar".

 

M.Siracova bildirib ki, müəssisədə gün ərzində 60 nəfərə reabilitasiya xidməti göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır