Limonlu su beyinin fəaliyyəti və sinir sisteminə müsbət təsir göstərir
18.05.2021 17:25

Limonlu suyun faydalarından bəhrələnmək üçün cəmi 2 dəqiqə vaxt sərf etmək lazımdır. Bu “həyat eliksiri”ni hazırlamaq üçün 250 qram ilıq qaynadılmış suyun üzərinə limonun dörddə bir hissəsinin şirəsini əlavə etmək kifayətdir. Bununla da sağlamlıq üçün bir çox faydaları olan limonlu su hazırdır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, limon şirəsi soyuq suya deyil, məhz ilıq suya əlavə olunmalıdır və istifadə öncəsi hazırlanmalıdır.

 

Bəs ilk baxışdan çox adi görünən limonlu suyun qeyri-adiliyi nədədir, onun orqanizmə hansı faydaları var?

 

- Limonlu su orqanizmin immun sistemini gücləndirir;

- Beyinin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir;

- Limonlu sudan istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür. Belə ki, limon şirəsinin tərkibində olan pektin aclıq hissinə qarşı effektli mübarizə aparmaq xüsusiyyətinə malikdir;

- Bu maye həzm prosesini normallaşdırır;

- Limonlu su sidikqovucu xassəyə malikdir. Elə bu səbəbdən də o orqanizmdə olan zərərli maddələrin xaric olunmasına köməlik edir;

- Müntəzəm olaraq limonlu sudan istifadə edərkən üz dərisinin rəngi açılır, daha sağlam görkəm alır;

- Yüksək qan təzyiqindən şikayətlənənlər üçün limonlu su olduqca xeyirlidir;

- Limonlu suyun faydalarından biri də odur ki, o qaraciyərin təmizlənməsi üçün ən yaxşı vasitələrdən biridir;

- Ürək damar xəstəliklərinin profilaktikası üçün limonlu su xeyirlidir;

- Limonlu su təbii və güclü antioksidantdır.

 

Limonlu suyun faydalarından bəhrələnmək üçün onu səhərlər acqarına boş mədəyə içmək lazımdır. Diqqətdə saxlamaq vacibdir ki, bir stəkan ilıq suya limonun yalnız dörddə bir hissəsinin şirəsi əlavə olunmalıdır. Onu içdikdən yarım saat sonra səhər yeməyinin yeyilməsi vacibdir. Limon suyu gün ərzində insanın əhvalına da müsbət təsir göstərir və bütün daxili orqanların fəaliyyətini normallaşdırır. Soyuq havalarda, qış fəslində hazırladığınız limonlu suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.

 

Mədə xorası və qastrit xəstəlikləri olanların limonlu sudan istifadəsi məqbul sayılmır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev