Böyrək böyüməsi zamanı hansı şikayətlərə rast gəlinir? - Nefroloq açıqladı
17.05.2021 17:26
Həkim-nefroloq Barat Yusubov "Facebook" sosial şəbəkəsində böyrək böyüməsi zamanı rast gəlinən şikayətlərdən bəhs edib. Həkim böyrək genişlənməsinin əsas əlamətlərindən danışıb.
 
Aztibb.az həmin əlamətləri təqdim edir:
 
- Yorğunluq ən çox rast gəlinən əlamətdir və mənbəyi əsasən anemiya olur.
 
- Yüksək təzyiq. Xəstələrin əksəriyyətində xəstəliyin ilk mərhələsində aşkarlanır. Təzyiq nəzarət altında saxlanılmasa ciddi fəsadlara yol aça bilər.
 
- Sidikdə dəyişikliklər. Sidiyin rəngi dəyişir, gecə vaxtı sidiyə çıxma sıx-sıx olur və köpüklər görülür.
 
- Ürəkbulanma və qusma. Xəstələrdə həzm sistemi ilə bağlı əsas problemlər ürəkbulanma və qusmalardır.
 
- Əzələ sancıları. Sinir və əzələ sistemi ilə bağlı bir çox simptomlar ortaya çıxır. Əzələ yığılmaları və sancıları bu simptomların ən yayqınlarıdır.
 
- Qaşıntı. Bunun səbəbləri qanda atıqların yığılması, elektrolit pozulması, dərmanlara qarşı allergik reaksiyalar ola bilər.
 
- Bel ağrısı. Bu da böyrək genişlənməsinin əsas simptomlarından biridir, çünki böyrəyin böyüməsi ətraf toxumala təzyiq edərək beldə ağrılara səbəb olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev