Göy öskürək tutmaları körpələrdə tənəffüsün dayanmasına gətirib çıxara bilər
17.05.2021 14:55

Göy öskürək mikroblar tərəfindən törədilən yoluxucu xəstəlikdir. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək daha təhlükəlidir.

 

Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, göy öskürək bakteriyaları tənəffüs yollarının selikli qişasının qıcıqlandıran xüsusi toksinlər ifraz edir. Nəticədə diafraqma və bronx əzələllərinin də qatıldığı spastik öskürək yaranır.

 

Patologiya sadə qrip əlamətləri ilə başlayır (burun axıntısı, yüngül qızdırma, konyuktivit və s). Uşaqda anidən başlayan tutmaşəkilli boğulmalar olur və öskürək krizləri davam edir. Öskürək krizləri əsasən gecələr olur. Öskürək zamanı uşaqda boğulma, göyərmə halları müşahidə olunur.

Südəmər uşaqlarda göy öskürək zamanı baş verən tutmalar tənəffüsün dayanmasına gətirib çıxara bilər.

Göy öskürək, həmçinin öz fəsadları (pnevmoniya (sətəlcəm), kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar və s.) ilə də təhlükəli hesab edilir.

Göy öskürəyin köklü bir müalicəsi yoxdur. Əsasən şikayətlərin azaldılmasına yönəlik simptomatik müalicə aparılır.

 

Peyvənd olunmuş uşaqlar göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev