Əgər təzyiqin yuxarı rəqəmləri yüksəkdirsə, deməli, bu.. - Terapevtdən TÖVSİYƏLƏR
17.05.2021 14:53

İnsanlar düzgün fiziki yüklənmələri seçməlidir. Üzgüçülük və ya skandinaviya yerişi ilə məşğul olmaq, qida rasionuna kalium, sink və selenium əlavə etmək vacibdir. Xolesterin kürələrini əritmək üçün  banan, ananas, papayya, qreypfrut və s. kimi bitki fermentləri lazımdır.

 

Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nazilə Xəlilbəyova yüksək təzyiqin qarşısını necə almaq olar mövzusunda tövsiyələr verib.

 

O qeyd edib ki, orqanizmdə təzyiqi insan deyil, orqanizm özü korreksiya edir. Siz daha çox nəticəni deyil, səbəbi aradan qaldırmaq barədə düşünməlisiniz. Əgər təzyiqinizin yuxarı rəqəmləri yüksəkdirsə, deməli, bu, adrenalinin təsiridir. Odur ki, stresdən uzaq durun, bol su için, düzgün nəfəs alın. Yox, əgər aşağı rəqəmlər yüksəlibsə, böyrəklərinizin qayğısına qalın. Qanınız duru olmalıdır, odur ki, orqanizmdə su balansına riayət edin. Böyrəklərinizi su ilə yuyun, bu orqan orqanizmdən maddələri xaric edən orqandır. Sink, selenium, C vitamini böyrəklər üçün faydalıdır:

 

"Qanın "yağlı" olmaması üçün yemək rasionunuzu nəzərdən keçirin, qaraciyərinizə izafi xolesterini neytrallaşdırmaqda kömək edin. Çox doymamış yağ turşuları qəbul edin və yemək prosesinə diqqət yetirin. Faydalı yemək çox dadlı olur və insana xoş əhval bəxş edə bilər. Əgər qida rasionunuza Q10 kofermentini də əlavə etsəniz daha müsbət nəticələr əldə edəcəksiniz".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev