Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17.05.2021 11:48

Arterial hipertoniya arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.

 

Aztibb.az xəbər verir ki, 2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

 

Bir çox ölkədə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdə biri müalicə alır və onlardan təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqinin yüksək olduğundan xəbərsizdir.

 

Arterial təzyiq gündə iki dəfə - səhər və axşam fiziki iş, qida, çay və ya qəhvə qəbulundan ən azı 30 dəqiqə sonra ölçülür. Onu ölçmək stolda rahat vəziyyətdə oturmaq, əli stolun üstündə ürəyin səviyyəsində tutmaq, təzyiqölçən aparatın manjetini dirsəkdən 2 santimetr yuxarıya sarıyıb onu hava ilə tam doldurandan sonra ölçmək lazımdır. Arterial təzyiqi 1-2 dəqiqə fasilə ilə iki-üç dəfə ölçmək məsləhətdir. Bir əldə aparılan bu cür ölçmədən sonra arterial təzyiqin dəqiq səviyyəsini müəyyən etmək mümkündür.

 

Duzlu, yağlı qidalar və alkoqoldan istifadə edən, xroniki stres yaşayan, siqaret çəkən, fiziki aktivliyi az olanlarda qan təzyiqi tez-tez yüksəlir. Hipertoniya dünyada ürək və insult xəstəliklərinın ən başlıca səbəbi sayılır. Nəzarət edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya, həmçinin böyrək çatışmazlığı, beyin qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.

 

Yüksək qan təzyiqi olanlar normal qan təzyiqi olanlara nisbətən qida ilə üç dəfə çox natrium-xlorid istehlak edirlər. Çəkilən siqaret qan təzyiqinin 10-30 mm civə sütunu artmasına səbəb ola bilər. Bədən çəkisinin artması ilə təzyiq artır. Artıq çəki təzyiqi 1-3 mm civə sütunu artırır.

ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova