Koronavirus xəstələri bu qidalardan uzaq durmalıdır - Həkim-terapevt Xumar Novruzova
17.05.2021 10:42
COVID-19 testi pozitiv olan şəxslər ən azı 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər. Xəstənin vəziyyətinin ağırlaşmaması üçün evdə müalicə prinsiplərinə düzgün riayət olunmalıdır. İlk növbədə COVID-19 virusuna yoluxduğuna şübhəsi olan vətəndaşlar poliklinikaya telefon vasitəsilə zəng edib bu barədə məlumat verməlidirlər.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Xumar Novruzova “Həkim məsləhəti” rubrikasında "COVID-19 xəstələri ev şəraitində necə müalicə olunmalıdır?” sualını cavablandırıb.
 
Onun sözlərinə görə, poliklinika vasitəsilə həmin şəxslər müəyyən dərman preparatları ilə təmin olunmalıdırlar. Təngnəfəslik, öskürək, yüksək hərarət kimi simptomlar uzun müddət davam edərsə sahə həkimi bundan xəbərdar olmalıdır. Bu cür xəstələr evdə müalicənin faydalı olması üçün həkimin dediyi bütün qaydalara ciddi şəkildə əməl etməlidirlər.
 
Yüngül xəstələrə çox zaman dərman preparatı təyin edilmir. Amma bəzi hallarda tərkibi vitamin və minerallarla zəngin olan polivitaminlərin qəbulu məsləhət görülür. Orta-ağır xəstələrə isə ehtiyac olduğu halda həkim məsləhəti ilə antibiotiklər təyin edilir. Təəssüf ki, son zamanlar testi pozitiv çıxanların əksəriyyətinin ilk gündən müxtəlif qrup antibiotiklərdən istifadə etdiyinin şahidi oluruq:
 
"Bu da təbii ki, xəstəliyin daha da ağırlaşmasına və ölüm hallarının artmasına səbəb olur. Evdə müalicələri davam etdirilən şəxslər gün ərzində bol maye içməli, kifayət qədər vitamin və zülalla zəngin qidalar qəbul etməlidirlər. Daha çox tərəvəz, göyərti, meyvə və giləmeyvəyə üstünlük verilməlidir. COVID-19 xəstəliyinin müalicəsi zamanı xəstələrin ağırlıq dərəcəsi mütləq nəzərə alınmalıdır.
 
Koronavirus xəstələrinə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, hisə verilmiş və duzlu qidaların verilməsi məhdudlaşdırılmalıdır. Qidalanma rejiminə düzgün əməl olunarsa, xəstəliklə mübarizə aparmaq daha asan olacaq. Orta hesabla müalicə müddəti 2 həftədir, lakin ağırlaşmış xəstələrdə proses uzana bilər".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev