Bu tərəvəz alkoqollu içkilərin qaraciyərə zərərini azaldır
17.05.2021 10:15

Qulançar ən faydalı tərəvəzlərdən biri sayılır. O bir sıra xəstəliklərin qarşısının alınması üçün tövsiyə olunur.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, qulançarın tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dərimizdə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Qulançar sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əla mənbəyidir. Bu tərəvəz diabet riskini azaldır. Qulançarın tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir. Böyüklərin əksəriyyəti qulançardan gündə 150 qram folik turşusunun tövsiyə olunan dozasını alır.

 

Qulançar müntəzəm qəbul edilən alkoqollu içkilərin qaraciyərə zərərini azaldır. Bişmiş qulançar, həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Qulançar, həzm sistemindəki faydalı bakteriyaların sayını artıran prebiyotik adlandırıla bilər.

 

Amma ən diqqətəlayiq cəhət ondan ibarətdir ki, qulançarın bütün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir. Bu tərəvəz qızardıla və qaynadıla bilər, yaxud da buxarda və digər üsullarla bişirilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev