Ana südündə zəhərli kimyəvi maddələr olduğu aşkar edilib - YENİ TƏDQİQAT 
16.05.2021 16:24

İndiana və Vaşinqton universitetləri, eləcə də "Zərərli maddələrsiz gələcək" qeyri-kommersiya təşkilatının yeni tədqiqatı göstərib ki, amerikalı qadınlardan toplanmış ana südü nümunələrinin 100%-də zəhərli kimyəvi maddələr mövcuddur.

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, 50 nümunə üzərində tədqiqatlar aparılıb. Ekspertlər bu nümunələrdə ətraf-mühitdə parçalanmayan, anadangəlmə qüsurlar və xərçəng daxil olmaqla bir sıra sağlamlıq problemləri ilə əlaqələndirilən PFAS (per- və polifloroalkil maddələr) süni maddələrini tapıblar.

 

PFAS kosmetikadan, su keçirməyən geyimə və yağı kənarlaşdıran vasitələrə qədər bir çox məhsulda mövcuddur.

 

Bəzi hallarda ana südündəki birləşmələrin səviyyələri ABŞ-da içməli su üçün təyin edilmiş təhlükəsiz göstəricilərdən 2000 dəfə yüksək olub. Alimlərin sözlərinə görə, ana südünün çirklənməsi, ehtimal ki, genişmiqyaslı xarakterə malikdir.

 

Ekspertlər PFAS qrupundan olan doqquz qısa zəncirli və 30 uzun zəncirli birləşməni 11 ananın südündə yoxlayıblar. Qısa zəncirli birləşmələr orqanizmdə bir neçə gün və ya ay ərzində qala bilən uzun zəncirli analoqları ilə müqayisədə, daha az təhlükəli hesab edilir.

 

Ana südündə ümumilikdə 16 təhlükəli birləşmə aşkar edilib. Onlardan bəziləri 4% nümunələrdə, bəziləri isə 100% nümunələrdə tapılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev