Hipertoniyadan əziyyət çəkənlər üçün faydalı içkilər
16.05.2021 15:30

Hipertoniyadan əziyyət çəkən insanlarda sistolik və diastolik arterial təzyiqin yaxşılaşdırılması üçün onların sudan əlavə bəzi başqa içkilər də içməsi məsləhətdir.

 

Aztibb.az “MedikForum” saytına istinadla bu cür insanlar üçün faydalı içkilər barədə söhbət açır.

 

Nar şirəsi. Bu içkinin hipertoniklər üçün faydalı olması çoxsaylı elmi araşdırmalarla sübut edilib. Nar şirəsinin antihipertenziv xassələri onun tərkibində polifenol adlanan maddənin bol olması ilə izah edilir. Polifenollar aterosklerozun inkişafının qarşısını alır, damar toxumalarını iltihabdan qoruyur. Alimlərin hesablamalarına görə nar şirəsi içən hipertoniklərin sistolik arterial təzyiqi 4,96 mm civə sütunu, diastolik arterial təzyiqi isə təqribən 2.01 mm civə sütunu qədər düşür. Alimlər nar şirəsinin bu təsirini gündə 1 stəkan (240 ml) şirə içən hipertoniklər üzərində müşahidə ediblər.

 

Quşüzümü və albalı şirələri. “European Journal of Nutrition” nəşri elmi tədqiqat məlumatlarına istinadla yazır ki, hipertoniyadan əziyyət çəkən insanların qida rasionuna bu şirələrin daxil edilməsi qan təzyiqini yaxşılaşdırır. Jurnalda göstərilir ki, quşüzümü şirəsi sistolik təzyiqi orta hesabla təqribən 3,68 mm civə sütunu, diastolik təzyiqi orta hesabla 1,52 mm civə sütunu qədər aşağı salır. Albalı şirəsi üçün müvafiq rəqəmlər 4 mm və 3,11 mm civə sütunu qədərdir.

 

Çay. Bu içkinin qan təzyiqinə təsiri Pekindəki Milli Ürək-Damar Xəstəlikləri Mərkəzinin alimləri tərəfindən öyrənilib. Onların qənaəti belə olub: mütəmadi olaraq yaşıl çay içmək sistolik arterial təzyiqi 2,1 mm, diastolik təzyiqi 1,7 mm aşağı salmağa kömək edir. Qara çay üçün müvafiq göstəricilər 1,4 və1,1 mm qədərdir.

 

İtburnu şirəsi. İtburnunun tərkibində qan damarlarının vəziyyətinə müsbət təsir göstərən flavonoidlər çoxdur. “Express Health” nəşrinin yazdığına görə, mütəmadi olaraq hər gün tərkibində 40 qram itburnu tozu olan şirə içmək 6 həftədən sonra sistolik arterial təzyiqi 4 mm civə sütunu qədər azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev