Pediatr son günlər uşaqlarda çox rast gəlinən əlamətlərin səbəbini AÇIQLADI
30.04.2021 20:56
Son günlər yuxarı yaş qruplarında rotaviruslar sadəcə qarında sancı şikayəti ilə gəlir. Uşaqlarda qarında dözülməz ağrı, ürəkbulanma, kəskin iştahsızlıq, hərarətin yüksəlməsi, qusma da varsa rotavirusa bağlı qastroenterit ola biləcəyini unutmamaq lazımdır.
 
Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. 
 
Həkimin sözlərinə görə, uşağı mütləq ultrasəs müayinəsindən keçirmək, nəcisin ümumi analizi, (əlavə olaraq nəcisdə parazitlərin müayinəsi), sidiyin ümumi analizi, (sancı səbəbi həm də sidik yolu infeksiyası, böyrək xəstəlikləri də ola biləcəyi üçün) qanın ümumi analizi, CRP və s. ən vacib müayinələrdir. Uşaqda sancı ilə bərabər nəcisə çıxmama və qaz çıxarmama da varsa, bağırsaq keçməzliyi ola biləcəyindən düz qarın rentgen müayinəsinin aparılması da lazımdır.  Ehtiyac halında cərrah müayinəsi lazım ola bilər. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev