Orqanizmi təmizləyən və arıqladan DÜYÜ PƏHRİZİ 
16.05.2021 10:52

Orqanizmi təmizləməyin, artıq çəkidən xilas olmağın müxtəlif üsulları var və onlardan biri də yekcins pəhrizlərdir. Düyü pəhrizi də onların sırasına daxildir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki,  pəhrizin üstün cəhəti ondan ibarətdir ki, hər kəs özünə uyğun forma seçə bilər. Düyü çox faydalı bitki və yarma hesab olunur, mütəmadi və qaydasında arıqlamaq istəyənlər üçün faydalı üsuldur. Onun orqanizmə göstərdiyi təmizləyici təsir nəticəsində duzlar, şlaklar və digər zərərli maddələr bədəndən xaric edilir.

 

Orta ölçülü 5 bankanın hər birinə 2 xörək qaşığı düyü əlavə edib üzərinə 1 stəkan təmiz su tökülür, 4 gün müddətində bankalardakı düyülərin suyu dəyişdirilir, beşinci gün artıq birinci bankada olan su süzülür, düyüsü isə bişirilmədən yeyilir. Boşalmış bankaya isə yenidən düyü və təmiz su tökülür.

 

Növbəti gün ikinci bankadakı düyülərin suyu süzülüb yeyilir, əvəzinə həmin bankaya su və 2 xörək qaşığı düyü tökülür. Bu qayda ilə prosedur iki həftə davam etdirilir və həmin pəhriz zamanı duz tamamilə rasiondan çıxarılır.

 

Düyü pəhrizinin digər bir forması zamanı düyü ilə yanaşı, dəniz məhsulları və ya sadəcə balıq qəbul edilir. Beş gün ərzində bütün yeməklərdən imtina edilir, əvəzində gündə bir boşqab düyü, bir boşqab isə balıq və ya hər hansı dəniz məhsulu yeyilir. Pəhriz zamanı yeməkləri qatmaq olmaz və qidalanma zamanı göyərtilərdən də istifadə etmək olar.

 

Pəhrizin digər bir sadə variantı bir həftə ərzində yalnız qaynadılmış düyü yeməkdən ibarətdir. Əlavə olaraq tərəvəz və göyərtilər də yeməyə icazə verilir, bir şərtlə ki, tərəvəzin miqdarı düyünün miqdarını keçməsin. Yaxşı olar ki, rasiondan ədviyyat, mayonez, duz və istiot çıxarılıb zeytun yağı və soya sousu ilə əvəz edilsin.

 

Düyü pəhrizi zamanı fiziki iş və idmanla az məşğul olmaq lazımdır. Əgər aclıq üstün gəlirsə, gün ərzində 3 ədəd alma yemək olar. Pəhriz zamanı yeyilən düyünün üstündən dərhal su içmək olmaz. Birhəftəlik pəhriz forması tətbiq edilən zaman sutka ərzində 1 stəkan düyü yeyilməlidir. Yeməyə 20 dəqiqə qalmış və ya yeməkdən saat yarım sonra maye qəbul edilməlidir. Pəhriz müddətində şəkərsiz yaşıl və ya qırmızı çay da içmək olar.

 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev