Beyin yaşlanmasını yavaşladan effektiv ÜSULLAR
14.05.2021 10:27

İsveç alimləri beynin yaşlanmasını yavaşlatmağın effektiv üsullarını açıqlayıblar. Mütəxəssislərin fikrincə, bu prosesə həyat tərzi təsir edir və gündəlik həyat tərzindəki kiçik dəyişikliklər beyin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Höteborq Universitetinin sağlamlıq psixologiyası professoru Maqnus Lindvallın sözlərinə görə, yaşlandıqca davranışlar beyinə daha çox təsir göstərir.

 

Aztibb.az bildirir ki, ümumi olaraq beyin üçün faydalı olan üç növ stimullaşdırma var: fiziki stimullaşdırma, idrak stimullaşdırması və sosial stimullaşdırma. Yaşlanma prosesini yavaşlatmaq üçün ilk addım daha çox hərəkət etməkdir. Hərəkətsiz həyat tərzinin bədəndə iltihabı artırdığını və çoxaldığını, demansın (əqli gerilik) inkişaf riskini artırdığını göstərən çox sayda dəlillər var. Bundan əlavə, yaxşı və sağlam yuxu beynin ömrünü uzatmaq üçün vacibdir. Düzgün qida seçimi eyni zamanda sinir hüceyrələrinin işinə və beynin yeni hüceyrələr yaratmaq qabiliyyətinə müsbət təsir göstərir. Buraya çoxlu tərəvəz, giləmeyvə, meyvə, dənli bitkilər, qoz-fındıq, sitrus meyvələri, zeytun yağı və balıq daxildir. Artıq çəki yığmamağa diqqət etmək lazımdır.

 

Alimlər, bağırsağın mikroflorasına yaxşı qulluq etməyin vacib olduğunu qeyd edir. Psixoloji sağlamlıq üçün vacib olan serotonin hormonunun 90%-i bu orqanda istehsal edilir, onun yalnız 10%-i beyində istehsal olunur.

 

Daha çox lifli və çeşidli qidalardan istifadə etmək məsləhətdir. Yaxşı psixoloji əhval-ruhiyə beyin sağlamlığına müsbət təsir göstərir. Söhbət insanın yaxınları ilə münasibətdən, aktiv həyat fəaliyyətindən, həyatda yaşamağın məna və məqsədindən gedir. Həmişə yeni bir şey öyrənmək lazımdır, çünki yaxşı nəticə əldə etmək üçün konsentrasiya və təcrübə tələb edən fəaliyyətlər yeni beyin hüceyrələrinin meydana gəlməsini stimullaşdırır.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
 Azərbaycanda transplantasiyanın tarixi   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib