Tibb Universitetinin dekanı “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib
12.05.2021 12:20
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı beynəlxalq elmi quruma üzv seçilib.
 
Aztibb.az xəbər verir ki, ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Professor A.Ağayev həmçinin Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.
 
Akademiyaya üzvlük diplomu və qızıl medalı alimə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə təqdim edib. O, A.Ağayevin Azərbaycan elminin inkişafına və ümumilikdə Türk dünyası elminə göstərdiyi böyük xidmətlərə görə  bu qurumun həqiqi üzvü seçildiyini və "Beynəlxalq Qızıl Ulduz” medalına layiq görüldüyünü bildirib.
 
A.Ağayev də öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayıb, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.
 
Professor A.Ağayev 2001-ci ildə etibarən ATU-da müxtəlif vəzifələrdə çalışıb. 60-dan çox elmi iş və məqalə müəllifi olan Anar Ağayevin əsərləri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub.
 
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası mərkəzi qərargahı Ankarada fəaliyyət göstərən, Türk elmini və mədəniyyətini araşdırılması və təbliği ilə məşğul olan beynəlxalq elmi qurumdur. Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı Türk dünyası elminə və təhsilinə yüksək xidmətlər göstərmiş şəxslərə təqdim edilən mükafatdır. Bu günə qədər ATU-nun bir sıra görkəmli alimləri həmin Akademiyanın həqiqi üzvü seçilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır