Tibb Universitetinin prorektoru beynəlxalq elmi konfransda çıxış edib
12.05.2021 12:01

Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Özbəkistan Respublikası Səmərqənd Dövlət Tibb İnstitutunun təşkil etdiyi Beynəlxalq elmi konfransın açılış mərasimində təbrik nitqi ilə çıxış edib.


“İnnovativ texnologiyaların fundamental fənlərin və klinik təbabətin tibbi tədrisi prosesindəki rolu” mövzusuna həsr edilmiş tədbirdəki çıxışı zaman prorektor R.Bəylərov ATU-da tədris prosesinin təşkili və elmi tədqiqatların aparılması, təhsildə innovasiya texnologiyalarının tətbiqi, qocaman universitetin Özbəkistan ali tibb tədrisi müəssisələri ilə sıx əməkdaşlığı haqqında iştirakçılara məlumat verib.

 

Natiq ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tədbir iştirakçılarına təbrikini çatdıraraq konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda çıxışı zamanı Səmərqənd Dövlət Tibb Universitetinin rektoru Jasur Rizayev yüksək texnologiyalar əsrində ali təhsil üçün yeni keyfiyyət göstəricilərindən danışıb. Konfransın bu sahədə bilikləri paylaşmaq, yeni ideyaları ərsəyə gətirmək məqsədi daşıdığını vurğulayıb.

 

Azərbaycan və Özbəkistanla yanaşı, Rusiya, Qazaxıstan və Tacikistandan da alimləri bir araya gətirən konfransda müxtəlif sahələr üzrə - anatomiya, histologiya, embriologiya, mikrobiologiya, virusologiya, immunologiyanın tədrisində innovasiya texnologiyalarının roluna həsr edilmiş müzakirələr aparılıb.

 

Tədbirin seksiyalarında patoloji anatomiya və patoloji fiziologiyanın tədrisində, həmçinin kliniki təbabətdə innovasiya texnologiyaların verə biləcəyi faydalardan danışılıb.


Elmi yığıncağın plenar iclaslarında ATU əməkdaşlarının da fərqli mövzular üzrə mühazirələri səsləndirilib, həmçinin master-klasslar təşkil olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır