Hamilələrdə bronxial astma - SƏBƏBLƏRİ/MÜALİCƏSİ
12.05.2021 11:19

Hamilələrdə bronxial astma — tənəffüs orqanlarının hestasiya dövründə və ya ondan əvvəl yaranan atopik, bronxospastik xəstəliyidir. Bronxial astma hamiləliyin gedişinə təsir edərək, xarakterik boğulma, az produktiv öskürək, təngnəfəslik, küylü fitvari tənəffüs müşahidə olunur.

 

Aztibb.az-ın xəbərinə görə, xəstəliyin diaqnozu fizikal müayinə üsülları, allergik reaksiyaların markerlərinin laborator təyini, spiroqrafiya, pikfloumetriyanın köməyilə qoyulur. Bazis müalicə üçün inhalyasion qlükokortikoidlər, antileykotrienlər, beta-aqonistlərin kombinasiyasından, tutmaları aradan qaldırmaq üçün qısa təsirli bronxodilatatorlardan istifadə olunur.

 

Bronxial astma (BA) — hamilələrdə tənəffüs sisteminin ən çox rast gəlinən patologiyası olub, xəstələrin 2-9%-də rast gəlinir.  Mama-ginekoloq və pulmonoloqların müşahidələrinə əsasən 33-69% hamilələrdə xəstəliyin proqressivləşməsi qeyd olunur. Bununla yanaşı qadınların bir qisminin vəziyyəti stabil qalır, hətta yaxşılaşır. Bronxial astmanın yüngül formaları – 62%, orta ağırlıqlı – 30%, ağır formaları isə 8% xəstələrdə müşahidə olunur. 

 

Xəstəliyin xarakterik əlaməti qısa nəfəsalma və uzun çətinləşmiş nəfəsvermə ilə müşayiət olunan boğulmalardır. Hamilələrin bir qismində klassik simptomatikadan əvvəl aura – burun tutulması, asqırma, öskürək, dəridə güclü qaşınma ilə müşayiət olunan urtikar səpkiyə rast gəlinir.

 

Hamilələrdə təkrarlanan boğulma tutmaları və qəflətən yaranan az produktiv öskürəyin olması bronxial astma diaqnozunun təsdiqi və ya inkar edilməsi məqsədilə kompleks müayinələrin aparılması üçün ciddi səbəb hesab olunur. 

 

Bronxial astmalı xəstələrin aparılması zamanı hamilələr və dölün keyfiyyətli monitorinqi, respirator funskiyasının normal səviyyədə saxlanılmasını təmin etmək vacibdir. Xəstəliyin stabil gedişi zamanı hestasiya dövrünün 18-20, 28-30-cu həftələrində və doğuşdan əvvəl qadın pulmoloq tərəfindən müayinə olunmalıdır.

 

Fetoplasentar çatışmazlığın yaranma ehtimalının yüksək olması nəzərə alınaraq fetometriya və cift qan dövranının doppleroqrafiyası müntəzəm şəkildə aparılır. Müalicə sxemi isə bronxial astmanın ağırlıq dərəcələrinə əsasən seçilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev