Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11.05.2021 11:40
Vətən müharibəsi iştirakçılarının dəstəklə təminatı tədbirləri çərçivəsində daha 40 qazi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sosial-psixoloji yardım təlimlərinə cəlb olunub.
 
Aztibb.az xəbər verir ki, Şağan Reabilitasiya Pansionatında onların psixoloq, loqoped və əmək terapiyası üzrə mütəxəssislər tərəfindən müvafiq xidmətlərlə təminatı həyata keçirilib. Təlimlər müasir metodlarla həm fərdi, həm də qrup şəklində aparılıb.
 
Ümumilikdə postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 805 qaziyə sosial-psixoloji yardım göstərilib. Onlarla yanaşı, şəhid ailəsinin və müharibə iştirakçısının ailə üzvlərindən ibarət 150 nəfər də psixoloji təlimlərə cəlb edilib.
 
Ümumilikdə isə 7500-dən çox psixoloji seans keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır