Avokadoda aşkarlanan bu maddə xərçəng hüceyrələrini məhv edə bilər - Araşdırma
11.05.2021 10:47

Avokadolarda leykoz (qan xərçəngi) xəstəliyi zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermenti məhv edən maddə aşkarlanıb.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, yeni maddə ABŞ və Kanada alimlərinin birgə tədqiqatları zamanı tapılıb.

 

Belə ki, leykoz hüceyrələri maddələr mübadiləsində iştirak edən çox miqdarda “VLCAD” fermentini ehtiva edir. Alimlər isə bu fermenti məhv edə biləcək maddənin axtarışında idilər. Çünki, xərçəng hüceyrələri bu fermentlər əsasında çoxalır.

 

Fermenti məhv edəcək ən yaxşı maddə yalnız avokadolarda olan, yağlar sinfinə aid “avokatin B” maddəsi olub. Alimlər əvvəllər də diabetin qarşısının alınmasında və piylənmə ilə mübarizədə “avokatin B”nin istifadəsini təklif etmişlər.

 

Alimlər ümid edirlər ki, yeni kəşf qan xərçəngi ilə mübarizə üçün dərman hazırlanmasına kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev