Koronavirusa təkrar yoluxma araşdırılır – KLİNİK SINAQ
10.05.2021 16:26

Oksford Universiteti əvvəllər koronavirusa yoluxub sağalan bir qrup insan üzərində tədqiqat məqsədilə klinik sınaq keçirəcək. Buna görə, koronavirus keçirənlərin ikinci dəfə virusa yoluxmasından sonra bədənin immunitet sisteminin verdiyi reaksiyalar öyrəniləcək.

 

Aztibb.az xəbər verir ki, insanlar üzərində klinik sınaq tətbiq etməklə tibbi araşdırma həyata keçirmək üçün Oksford Universiteti etik normaları nəzərə alaraq, xüsusi icazə də əldə edib.

 

"Bu araşdırmanın məqsədi infeksiyanın qarşısını almaq üçün immunitetin nə kimi reaksiyalar verəcəyini tədqiq etməkdir. Klinik sınaqda iştirak edəcək şəxslərin isə növbəti həftələrdə müəyyənləşdirilməsi gözlənilir”, – deyə Oksford yetkilisi professor Helen Makşeyn açıqlamasında bildirib.

 

Oksford tədqiqat qrupu sınaq zamanı T hüceyrələri və antikorlar daxil olmaqla insanlarda immunitet reaksiyasının müxtəlif komponentlərinin səviyyələrini ölçəcək və daha sonra həmin insanların virusa məruz qaldıqda yenidən infeksiyaya yoluxub-yoluxmadığını izləyəcəklər.

 

Açıqlamada tibbi sınağa cəlb ediləcək insanların isə üç ay öncə koronavirus xəstəliyi keçirən, 18-30 yaş arası sağlam biriləri olması qeyd olunur.

 

Bundan əlavə, sınağa cəlb edilənlərin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirmək məqsədilə aparılan antikor testlərindən keçən şəxslər olması vurğulanır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır