Mutasiyalara qarşı yenilənə bilən peyvənd hazırlanır – Türk alimlərinin uğuru
06.05.2021 16:01

TÜBİTAK rəsmiləri COVID-19-a qarşı yüksək effektivliyə malik, virus mutasiyalarına qarşı yenilənə bilən peyvəndi hazırladıqları barədə açıqlama verib.

 

TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi, Gen Mühəndisliyi və Biotexnologiya İnstitutu tərəfindən COVID-19-a qarşı peyvənd və dərman hazırlanmsı istiqamətindəki təməl araşdırmalarda böyük müvəffəqiyyətin əldə olunduğu bildirilib.

 

“Türkiyədə insan peyvəndinin istehsalına 1990-cı illərin ikinci yarısından etibarən başlanılıb. Necə ki, Türkiyə əvvələr müdafiə sənayesində idxalçı ölkə idi, hazırda  isə bu sahədə böyük bir payı var, eləcə də biz ölkəmizin gələcəkdə peyvənd və dərman istehsalında da potensialı olduğuna inanırıq. Bu güvəncin ən böyük təminatçıları isə türk alimləridir”, – deyə rəsmilər vurğulayıb.

 

Gen Mühəndisliyi və Biotexnologiya İnstitutu Türkiyədə koordinasiyaedici qurumdur

 

Türkiyədə pandemiya başlayan ərəfədə 49 fərqli təşkilat və 436 tədqiqatçı Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası ilə peyvənd və dərmanların effektivliyinin artırılması məqsədilə bu sahədə fəaliyyət üçün yeni bir platforma yaradır. 

 

Tədqiqatçıların və gənc tələbələrin səfərbər olaraq, gecə-gündüz yüksək inam ruhunda çalışdıqlarını bildirən TÜBİTAK rəsmisi, ümumilikdə 43 layihə üzərində tədqiqatın aparıldığını söyləyib: “Bunlardan 7-si peyvənd, 10-u dərman istehsalı və müalicə metodlarının işlənilməsi üzrə layihədir. 7 peyvənd layihəsinin hər biri fərqli peyvənd növü əldə etmək üçün həyata keçirilməkdədir. 6 peyvənd növü biotexnoloji peyvənddir və heç bir xarici peyvəndlə eyni deyil. Odur ki, alimlərimizin üzərində çalışdığı yüksək effektivli peyvəndlər gələcəyə hesablanmış investisiyadır”.

 

Rəsmilər, həmçinin TÜBİTAK-ın alman biotexnoloji firması olan “BioNTech”lə birgə peyvən istehsalı sahəsində gözləntilərinin olduğunu və bununla əlaqədar mərkəzin 2022-ci ilin sonunadək qurulacağının nəzərdə tutulduğunu bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır