Koronavirusla bağlı vəziyyəti 12 dəqiqəyə göstərən testlər satışa çıxarılıb
26.10.2020 11:01

Böyük Britaniyada insanların koronavirusa (COVID-19) yoluxub-yoluxmadığını 12 dəqiqəyə müəyyən edən testlər satışa çıxarılıb.

 

Aztibb.az www.bbc.com-a istinadən xəbər verir ki, virusla bağlı vəziyyəti burun nahiyəsindən yoxlayan çubuq formalı testlər 120 funt sterlinqə təklif olunur. Onları 50-dən artıq məntəqədə əldə etmək mümkündür.

 

Testləri və onların işləməsi üçün lazım olan cihazları Avropa və ABŞ-dakı səlahiyyətli şəxslər təsdiq edib. Ümumilikdə 500-dən çox xəstə üzərində sınaq aparılıb və onların 97%-dən çoxunda koronavirus dəqiq şəkildə aşkar edilib.

 

Yeni testlər əsasən uçuş öncəsi koronavirus yoxlamasından keçmək məcburiyyətində olan insanlar, özünün və yaxınlarının səhhətindəki durumdan dərhal əmin olmaq istəyən şəxslər üçün əlverişlidir.

 

İstəkdən asılı olaraq satış məntəqələrinin sayının 200-ə çatdırıla biləcəyi deyilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır