Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə edildi 
19.08.2020 10:33

Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.

 

Aztibb.az xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplanır.

 

Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşları ilə nikahda olan, ölkədə daimi və ya müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.

 

Onların ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ olub.

 

Səfirlikdən həmin şəxslərə COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

 

Səfirlikdən bildirilib ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 060 nəfərin təxliyəsi təşkil olunub. Bununla yanaşı, digər ölkələrdən 398 Azərbaycan vətəndaşı da Gürcüstan ərazisi vasitəsilə Vətənə çatdırılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır