Böyrəyində daş olanlar necə qidalanmalıdır? - Nefroloq Barat Yusubov açıqladı
09.05.2021 21:23
Böyrək daşları olanlar çərəz, ispanaq, və kakao istifadəsini azaltmalıdır. Oksalat maddəsi, demək olar ki, hər qidanın tərkibində var, lakin bəzi qidalarda daha çoxdur. Buna görə də böyrək daşı olanlar çərəz, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulunda diqqətli olmaq, daha az istifadə etməyə lazımdır.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-nefroloq Barat Yusubov sosial şəbəkədə paylaşım edib.
Həkim bildirib ki, heyvan mənşəli protein (hər hansı ət və ya ət məhsulu), kalsium, xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir: "Böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Bir yemək qəbulu zamanı heyvan mənşəli protein qəbul edirsinizsə digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin".
B.Yusubov böyrəkləri su ilə bəsləməyin əhəmiyyətindən danışaraq bildirib ki, sidik vasitəsi ilə orta hesabla 50 maddə süzülərək orqanizmdən xaric edilir.
"Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Amma hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən xaric olunmadığını, şişkinlik yaratdığı hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır", - deyə həkim vurğulayıb.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

