Bezin təmas etdiyi bölgələrdə davamlı qızarıqlıq olursa...- Pediatr tövsiyəsi
09.05.2021 11:51

Körpələrdə bez göbək düşənə kimi göbəyin üstünü örtməmək şərtilə bağlanmalıdır. Bezin yapışqan bölgəsi yenidoğulmuşun dərisinə toxunmamalı, dərini qıcıqlandırmamalıdır.

 

Aztibb.az xəbər verir ki, bunu sosial şəbəkədə uşaqlarda bezlərin düzgün bağlanma qaydası haqqında məlumat verən tanınmış həkim-pediatr Günay Rəsulova deyib. 

 

Həkimin sözlərinə görə, bezin təmas etdiyi bölgələrdə davamlı qızarıqlıq olursa, bu, bezin körpəyə uyğun olmadığının göstəricisidir. Belə halda tərkibində kimyəvi maddələr, ətirləndiricilər olmayan bezlərə üstünlük verilməlidir:

 

"Bez bölgəsinin səpkisiz, bezin rahat olması uşağın yeməyinə, yuxusuna, ümumi əhval-ruhiyyəsinə ciddi təsir edir. Bezin hər yaşa uyğun ölçüdə taxılması da uşağın rahatlığını təmin edir. Körpələrdə bəzən bud-çanaq oynağı problemlərində üst-üstə iki bez taxılması tövsiyə olunur ki, bu da tamamilə effektsiz, tibbi təsdiqini tapmamış metoddur. Bu, uşağa əziyyət verməkdən başqa bir işə yaramır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev