“Təbib” qəzetinə yeni redaktor təyin olunub
08.05.2021 16:19
Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin redaktoru vəzifəsinə təyinat olub. ATU-nun rektoru, professor Gəray Gəraybəylinin 6 may tarixli əmrinə əsasən, bu vəzifəyə Məğrur Əliyev təyin edilib.
 
Dünən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov yeni redaktoru qəzetin kollektivinə təqdim edib.
 
Əvvəlcə Z.Musabəyov qəzetin mərhum redaktoru, şair, publisist, yazıçı Eldar İsmayılın xatirəsini yad edərək, onun 1997-ci ilin əvvəllərindən ömrünün sonunadək "Təbib" qəzetinə rəhbərlik etdiyini bildirib. O, ATU rəhbərliyinin yeni təyinatdan sonra qəzetdə bir sıra yeniliklər, dəyişikliklər gözlədiyini qeyd edib: “Çalışmaq lazımdır ki, qəzetdəki materiallar həm tələbələrin, həm də universitet əməkdaşlarının marağına səbəb olsun, yeni ideyalar həyata keçirilsin. İnanıram ki, tezliklə bu dəyişiklikləri görə biləcəyik".
 
Qeyd edək ki, M.Əliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Sonradan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alıb. 25 ildən artıqdır ki, mətbuat sahəsində fəaliyyət göstərir. İndiyədək bir sıra tanınmış qəzet və saytlarda rəhbər vəzifələrdə çalışıb, peşəkar fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.
 
O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli və Qubadlının işğaldan azad olunmasına görə medalları ilə təltif edilib. Döyüş yolu haqqında bir sıra mətbuat orqanları və televiziya kanallarında materiallar hazırlanıb, Vətən müharibəsindən bəhs edən filmə çəkilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır