Böyrəyini itirmək təhlükəsi ilə üz-üzə olan körpənin həyatı xilas edildi - Mərkəzi Klinika 
08.05.2021 17:10
Doğulan kimi ciddi böyrək problemi olduğu üçün Mərkəzi Klinikaya gətirilən uşağın əməliyyatı uğurla icra olunub.
 
Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Həkimin sözlərinə görə, hələ ana bətnindəykən körpənin böyrəyində ciddi problem olduğunu bilən valideynlər övladlarını itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Müayinələr zamanı məlum olub ki, böyrəkdəki ciddi genişlənmənin səbəbi böyrək ləyəninin sidik axarına keçən yerindəki sidiyin axmasına mane olan daralmadır (üreteropelvik darlıq):
 
"Genişlənmə getdikcə artdığı üçün yenidoğulmuş 1 aylıq olanda məcburi cərrahi əməliyyat qərarı verdik. Əməliyyatla sidiyin axmasına mane olan dar hissə çıxarıldı, sidik axarı böyrək ləyəninə tikildi. Beləliklə, sidiyin axması təmin edildi".
 
F.Hüseynov körpənin 2 gün sonra böyrəyini itirmək təhlükəsini geridə qoyaraq tam sağlam şəkildə evinə yola salındığını da qeyd edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır