Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta ehtiyatları yaradılacaq
19.08.2020 09:47

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nı təsdiq edib.

 

Qaydaya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır.

 

Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı Qaydaların tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.

 

- inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

 

- məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;

 

- Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;

 

- Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

 

- icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

 

- demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

 

- Bu Qaydada sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır