Yod çatışmazlığı qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsinə səbəb olur
07.05.2021 16:52

İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanabənzər vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır. Yod orqanizmin maddələr mübadiləsində iştirak edir, enerji idarəetməsinə, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Ona görə də insan bədəninin yoda ehtiyacı var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada milyard yarım insan yod çatışmazlığından əziyyət çəkir.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının endokrinologiya şöbəsinin müdiri Səbinə Məşədiyevanın dediyinə görə, bunun əsas səbəbi suda və qidada olan yod çatışmazlığıdır: “Uzun müddət yod çatışmazlığı şəraitində yaşayanlarda qalxanabənzər vəzin fəaliyyəti zəifləyir. Bunun nəticəsində yaddaş pozğunluğu, yorğunluq, süstlük yarana və hepeterioz xəstəliyi əmələ gələ bilər”.

 

Yod çatışmazlığı əqli qüsurların yaranmasına, boyun inkişafdan qalmasına da səbəb olur. Həkim-endokrinoloq onu da qeyd edib ki, hamilə qadınlarda yod çatışmazlığı birmənalı şəkildə dölə təsiri göstərdiyindən onlar da yod qəbuluna fikir verməlidirlər: “Böyüklər üçün normal mübadilə üçün sutkada 100-150 mikroqram yod tələb olunur. Südəmər körpələr 1 yaşa qədər 50 mikroqram, 6 yaşa qədər 90 mikroqram, 12 yaşa qədər 120 mikroqram, 12 yaşdan böyük olanlar üçün 150 mikroqram yod lazımdır. Hamilə qadınlar üçün sutkada 200 mikroqram yod tələb olunur. Yod çatışmazlığı güclü olduqda körpənin dünyaya gəlməyi də müəyyən problemlər yaradır, doğulanda isə anadangəlmə hipeterioz qazana bilər”.

 

Yod çatışmazlığının qarşısını almaq üçün lazım olan qidalar barədə danışan həkim-endokrinoloq deyib: “Yod çatışmazlığı ilə üzləşməmək üçün ilk növbədə daha çox dəniz məhsulları, meyvələrdən alma, gavalı, gilənar, tərəvəzlərdən pomidor, çuğundur və köklə qidalanmaq lazımdır. Ağartı məhsulları ilə qidalanmaq da məsləhət görülür. Məsələn, sutkada 200 qram qatıq istehlak edilməsi 60 faiz yod çatışmazlığının qarşısını alır. Çiyələk, xurma, banan, alma kimi meyvələrin qəbulu da bu sahədə yaxşı kömək edir. Qarabaşaq da yod çatışmazlığını aradan qaldırır”.

 

Yod sağlamlığın qorunmasında mühüm rol oynayır. Ona görə də xüsusilə yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə düzgün qidalanmalı, qida rasionuna maksimum diqqət yetirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev