Doğuşdan sonrakı dövrün ağırlaşması olan HİPOQALAKTİYA
07.05.2021 13:27

Hipoqalaktiya doğuşdan sonrakı dövrün ağırlaşmasıdır. Bu zaman süd uşağı normal inkişaf üçün lazım olan qidalı maddələrlə təmin edə bilmir. Laktasiyanın azalması körpənin narahat davranışları, çəki artımının zəifləməsi ilə təzahür edir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, diaqnozun qoyulması üçün qidalanmadan sonra körpənin çəkisi təyin edilir, süd vəzilərinin USM-i aparılır, cinsiyyət hormonlarının və prolaktinin səviyyəsi müəyyənləşdirilir. Laktogenezin bərpası məqsədilə qidalanma rejimi optimallaşdırılır, laktoqon preparatlar və laktogenezi gücləndirən fizioterapevtik metodlar təyin edilir və yanaşı gedən patologiyalar müalicə olunur.

 

Süd sekresiyası zəifləmiş qadınlarda, adətən, dolma-boşalma hissi əmələ gəlmir, süd vəziləri, demək olar ki, həmişə yumşaq olur. Uşaq daim kafi miqdarda qidalı maddə qəbul etmədikdə o, qidalanmalararası dövrdə narahat olur, ağlayır, çox az yatır və aktiv şəkildə döş axtarmağa davam edir. Qidalanma müddəti, adətən, uzanır və uşağı süd vəzisindən ayırmaq çətin olur. Belə cəhdlər etdikdə o, ağlamağa başlayır. Güclü hipoqalaktiya zamanı körpə “boş” süd vəzini əmməkdən tamamilə imtina edə bilər. Qidalanmadan sonra süd vəzindən süd sağmak, demək olar ki, mümkün olmur.

 

Laktasiyanın bitməsindən yalnız uşağın davranışları dəyişdikdə deyil, həm də onun inkişafının və həyat fəaliyyətinin bəzi parametrləri pozulduqda da şübhələnmək olar. Kifayət qədər maye qəbul olunmaması sidik əmələgəlmənin azalmasına və sidik ifrazının az olmasına gətirib çıxarır. Uşaq gün ərzində 6-7 dəfədən çox sidiyə çıxmır. Konsentrasiya olunmuş tünd rəngli və kəskin qoxulu sidik xaric olur. Defekasiya nadir hallarda baş verir, nəcisin konsistensiyası bərk olur.

 

Laktogenezin azalması zamanı tibbi taktika süd əmələ gəlməni pozan səbəblərin dəf edilməsinə və süd vəzilərinin sekretor funksiyalarının yüksəlməsinə yönəlir. Hipoqalaktiyanın kompleks müalicəsi farmakoloji preparatlar və instrumental metodların, həmçinin döşlə qidalanma ilə bağlı xüsusi tədbirlərin istifadəsindən ibarətdir. 

 

Doğuşdan sonra körpənin erkən döşə qoyulması, ana və uşağın bütün gün ərzində birgə olması, qidalandırma rejiminin tələblərə uyğun təşkili göstərişdir. Laktasiyanın dəstəklənməsində laktasiyada olan ananın rasional qidalanması və gün rejimi, süd vəzi imitatorlarına (əmziklər) qadağa qoyulması və süni qidaların əsaslandırılmış qəbulu mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev