Mədəaltı vəzi xərçənginin müalicəsində İLK - Avropada da təsdiqləndi
12.07.2020 13:36

Əczaçılıq nəhəngləri hesab olunan "AstraZeneca" və "Merck" şirkətləri "Lynparza" adlı dərmanın mədəaltı vəzi xərçənginin müalicəsində istifadəsinə icazə alıb.

 

Aztibb.az xarici mətbuata istinadən xəbər verir ki, bu preparat əvvəllər ABŞ-da və bir sıra digər ölkələrdə xərçəngin müalicəsində istifadə edilib.

 

154 xəstənin iştirakı ilə keçirilən araşdırma nəticəsində qeyd olunan dərmanın istifadəsinə razılıq verilib.

 

Xəstələrin bir qisminə gündə 2 dəfə, 300 mq olmaqla "Lynparza" verilib.

 

Məlum olub ki, bu preparatdan istifadə edənlərin xəstəlik irəliləmədən yaşadıqları müddət iki dəfə artıb. Belə ki, "Lynparza" istifadə etməyənlər 3,8 ay, istifadə edənlər isə 7,4 ay xəstəlik olmadan yaşayıb.

 

"Merck" Araşdırma Laboratoriyalarının direktoru Roy Baynes bildirib ki, "Lynparza" mədəaltı vəzi xərçənginin müalicəsində təsdiqlənmiş yeganə PARP inhibitorudur.

 

Qeyd edək ki, Avropa Komissiyası ötən il "Lynparza"nı yumurtalıq və ya süd vəzisi xərçəngindən əziyyət çəkən qadınların müalicəsi üçün təsdiqləyib.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır