Hansı əlamətlər insanın depressiyada olduğunu göstərir?
07.05.2021 09:10
Depressiya iki həftə və ya daha çox davam edən davamlı bir vəziyyətdir. Həyatı çətinləşdirən bir çox amillər depressiyaya səbəb ola bilər. Özünüzü kədərli və ya günahkar hiss etmək, yuxu və iştah pozğunluğu, intihar düşüncələri və s. depressiyanın ümumi əlamətləridir.
 
Aztibb.az Salyan rayon Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, depressiya zamanı daha çox rast gəlinən əlamətlər aşağıdakılardır:
 
- Əhval ruhiyənin aşağı olması;
- Zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi;
- İnsanın özünü günahkar hiss etməsi;
- Əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi;
- Yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq);
- Günlərlə sürən yorğunluq hissi;
- Adaptasiya pozulması, diqqətsizlik;
- Ümidsizlik;
- Ölüm və ya intihar barədə düşünmək.
 
 
Depressiyanın hansı növləri var?
 
Major depressiya. Major depressiyanı hər kəs eyni keçirmir. Buna görə də, major depressiya özü də bir neçə yerə bölünür:
 
1. Xroniki davam edən depressiya;
2. Atipik depressiya;
3. Melanxolik depressiya;
4. Doğum sonrası başlayan depressiya (post partum depressiya);
5. Fəsillə əlaqəli depressiya;
6. Distim depressiya (uzun və zəif depressiya);
7.Melanxolik depressiya.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev