Tibb Universiteti FHN-nin Akademiyası ilə əməkdaşlığa başlayır
06.05.2021 17:04
Azərbaycan Tibb Universiteti (ATU) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Aztibb.az xəbər verir ki, sənəd bu gün FHN Akademiyasında keçirilən görüşdə təsdiqlənib.
 
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev qonaqlara müəssisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Akademiyada elm və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, eləcə də magistratura səviyyəsində təhsil təşkil olunub.
 
Professor Gəray Gəraybəyli əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün faydalı olacağına əminliyini ifadə edib, FHN Akademiyası ilə iş birliyindən gözləntilərini açıqlayıb. ATU-da tədris-təhsil prosesinin təşkili, son dövrlərdə aparılan islahatlardan danışan rektor universitetin nəzdində fəaliyət göstərən klinikaların işi, tələbələr və rezdentlərin inkişafı üçün həyata keçirilən layihələrdən söz açıb. Professor Gəray Gəraybəyli ötən il ATU əməkdaşları və həkimlərinin Azərbaycan üçün taleyüklü iki mübarizədə - Vətən Müharibəsi və koronavirusla mübarizədə aktiv iştirak etdiyini diqqətə çatdırıb.
 
Daha sonra müəssisələr arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Sənəddə birgə elmi tədqiqatların aparılması, müvafiq təhsil müəssisələrinin əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin, elmi, tədris və metodiki nəşrlərin hazırlanması və digər məsələlər nəzərdə tutulub. 
 
Görüşdən sonra professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının maddi-texniki bazası, tədris şəraiti və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır