Miokard infarktı bu xəstəliklərlə səhv salına bilər - Diqqət!
05.05.2021 16:35

Miokard infarktı xəstəliyinin dəqiq diaqnozunu EKQ və exokardioqrammanın nəticələri təsdiq edir. Amma bəzi xəstəliklər vardır ki, onların əlamətləri infarktın əlamətlərinə çox bənzəyir. Hətta kardioqrammanın nəticələrinə baxana qədər bu xəstəliyi infarktla qarışdırmaq olar.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, həmin xəstəliklər aşağıdakılardır:


İdiopatik hipertrofik kardiomiopatiya.


Bu xəstəliyin bütün əlamətləri miokard infarktına bənzəyir. Xəstəlikləri bir-birindən ayırmaq üçün EKQ-nin nəticəsinə diqqət yetirmək vacibdir.


Sol tərəfli döş radikuliti və kəskin miozit.


Bu xəstəliklər qəflətən meydana çıxan ağrı və bədənin soyuması ilə infarkta çox bənzəyirlər. Sadəcə olaraq onları infarktdan ayıran ağrının hərəkətlə bağlı olması, tənəffüs zamanı, öskürdükdə və asqırdıqda ağrının şiddətinin daha da artmasıdır. Qabırğaarası sinir boyunca ağrının olması da xəstəliyin ürəklə bağlı olmadığından xəbər verir.


Kəmərləyici dəmrov.


Bu xəstəlik də sol tərəfli baş verdikdə ağrının eyni yerdə lokalizasiyalaşmasına görə infarktla tez-tez səhv salınır. Yalnız EKQ-nin müayinəsi diaqnozu dəqiqləşdirir.


Sol tərəfli quru plevrit və ya sol tərəfli pnevmoniya.


Hər iki xəstəliyin əlamətləri miokard infarktına bənzəyir. Əgər kəskin meydana çıxan ağrı çox güclüdürsə və xəstədə respirator infeksiya simptomları nəzərə çarpmırsa, bədən tempraturunun tez və çox yüksək artması, ağrının öskürəklə bağlı olması, tənəffüsdə xarakterik dəyişikliklər xəstəliyin infarkt olmadığının göstəricisidir. Rentgenoloji müayinə və laborator analizlərin nəticələri də xəstəliyin ağciyərlə bağlı olduğunu təsdiqləyər.


Spontan pnevmatoraks.


Xəstəlik kəskin ağrı, taxikardiya, arterial təzyiqin enməsi, təngnəfəsliklə miokard infarktının əlamətlərinə bənzəyir. Anamnezə qulaq asdıqda infarkt əlamətlərinə çox oxşadığına görə diaqnozu dəqiqləşdirmək üçün mütləq EKQ-nin nəticəsinə baxmaq lazım gəlir.


Qida borusunun diafraqmal yırtığı.


Xəstəlik döş sümüyünün arxasında və döş qəfəsinin sol hissəsində baş verən güclü ağrılarla, taxikardiya əlamətləri ilə infarkta çox bənzəyir. Diafraqmal yırtıq zamanı arterial təzyiqin də "oynaması" çaşdırıcı olur. Diaqnozu təsdiqləmək üçün EKQ-nin nəticələri əsas götürülür.


Kəskin qida toksikoinfeksiyası.


Bu zaman meydana çıxan əlamətlər miokard infarktının qatralicus variantının əlamətlərinə çox bənzəyir.  Xüsusilə də yaşlı adamlarda miokard infarktının bu formasına rast gəlinəndə, xəstələrdə təzyiqin enməsi, sol qabırğaaltı ürək nahiyəsində lokallaşan ağrıçaşdırıcı simptomlar sayıla bilir. Bunun üçün yaşlı şəxslərdə qida toksikoinfeksiyası əlamətlərinə rast gəldikdə ilk növbədə EKQ çəkdirmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev