1 ay alkoqol qəbul etmədikdə orqanizmdə hansı dəyişikliklər baş verir?
05.05.2021 11:53
Davamlı olaraq alkoqollu içkilər qəbul etmək xərçəng, qaraciyər və ürək-damar xəstəlikləri zamanı önəmli risk faktorudur. "Alcohol Change United Kingdom" adlı xeyriyyə qurumu insanları 1 ay ərzində alkoqolu tərgitməyə sövq edən bir layihəyə başlayıb. 
 
Aztibb.az bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasına istinadla məlumat verir. 
 
İngiltərənin Sussex Universitetinin tədqiqatçılarının araşdırmaları göstərir ki, sadəcə 1 ay alkoqol qəbulunun dayandırılması orqanizmdə uzun müddət davam edən faydalara səbəb olur. Tədqiqatlar göstərib ki, layihəyə qoşulmuş üzvlər arasında aparılmış araşdırmanın nəticəsi olaraq, il ərzində layihədə iştirak etmiş üzvlərin içki qəbulu kifayət qədər azalıb. Bundan başqa, sağlamlığa uzun müddətli və qısa müddətli təsirləri müəyyən olunub.
 
- Layihəyə qatılanların 93%-i alkoqolsuz ayın sonunda qalibiyyət hissi yaşadığını bildirib.
- 88%-i alkoqola sərf edəcəyi pulu daha yaxşı dəyərləndirib.
- 82%-i alkoqolla əlaqəli olan fərqlilik hiss ediblər.
- 80%-i alkoqol asılılığını daha çox nəzarətdə saxladığını deyib.
- 76%-i içməyə nə vaxt və hansı səbəblə daha çox həvəsli olduğunu anlayıb.
- 71%-i əylənmək üçün içkiyə ehtiyacı olmadığını öyrənib.
- 71%-i daha yaxşı yuxuya getdiyini qeyd edib.
- 70%-i daha sağlam olduğunu bildirib.
- 67%-i daha enerjili olduğunu deyib.
- 58%-i daha çox kilo itirdiyini qeyd edib.
-54%-i dərisinin daha sağlam olduğunu bildirib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev