Yoğun bağırsaq xəstəliklərinin müasir müayinə üsulu - Kolonoskopiya 
05.05.2021 11:49

Kolonoskopiya yoğun bağırsaq xəstəliklərinin müasir müayinə üsuludur. Prosedur uzun, nazik və elastik zondun – mikrokameralı fibrokolonoskopun köməyilə aparılır.

 

Aztibb.az N.Tusi adına Klinikaya istinadla xəbər verir ki, bu üsul bağırsağın bütün uzunluğunu qiymətləndirməyə imkan verir.

 

Kolonoskopiya zamanı zond anusdan yeridilərək, tədricən önə doğru istiqamətləndirilir. Eyni zamanda, bağırsaq mənfəzini genişləndirmək və divardakı büküşləri açmaq məqsədilə ehmalca hava verilir. Fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir.

 

Bu üsul vasitəsilə gizli qanaxma, iltihab, divertikul, şiş və digər patologiyaları aşkar etmək mümkündür. Müayinə zamanı zərurət yaranarsa, şübhəli sahələrdən bioptat götürülür, poliplər xaric edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev