Yenidoğulmuşların gələcəkdə allergiyaya meyilli olmasını müəyyən etməyin YENİ ÜSULU tapılıb
05.05.2021 14:35

Uşağın ilk nəcisi (mekoniya) onun sağlamlığı haqqında bir çox məlumat verə bilər. Uşaq bezinin analizi həyatının ilk ilində uşaqda allergiyanın inkişaf etmə riskini anlamağa imkan verəcək.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Britaniya Kolumbiyası Universitetinin alimləri müəyyən edib ki, həyatının ilk ilində allergik sensibilizasiyanın inkişaf etdiyi yeni doğulmuşlarda doğuş zamanı zəngin tərkibi ilə fərqlənən mekoniyanın miqdarı əhəmiyyətli dərəcədə daha az olub.

 

Adətən həyatın birinci günü ərzində xaric olunan mekoniya uşağın orqanizminə düşən və ondan inkişaf zamanı xaric olunan müxtəlif elementlərdən ibarətdir. O, ananın bətnində uşağın rastlaşdığı hər növ molekulları özündə saxlayır.

 

100 körpənin mekoniyası nümunələrinin analizi göstərib ki, uşaq mekoniyasında molekulların müxtəlif növünün az olması uşaqda allergiyanın inkişafının riskinin yüksək olduğunu göstərir.


Alimlər, həmçinin aşkar ediblər ki, müəyyən molekulların miqdarının azalması mikrofloranın tərkibində əsas bakterial qrupların dəyişiklikləri ilə bağlıdır. Bakteriyaların bu qrupları inkişafda və bağırsaq bakteriyalarının geniş ekosisteminin formalaşmasında həlledici rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev