Baş stomatoloqdan peyvəndlərlə bağlı əhaliyə MÜRACİƏT
05.05.2021 09:55
Hazırda COVID-19-a qarşı peyvəndin vurdurulub-vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri vaksinin tərkibinin bəlli olmadığını əsas gətirərək peyvəndləmədən imtina edir. Maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bilinməyən dərmanları asanlıqla vurdurublar, amma nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər.
Aztibb.az xəbər verir ki, bu haqda Azərbaycanın baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov açıqlamasında bildirib.
N.Pənahov qeyd edib ki, hər kəs dəfələrlə stomatoloji müalicə üçün həkimlərə üz tutub: “Müraciət etdiyiniz klinikada ağız boşluğunda aparılan istənilən müdaxilə (məsələn, plomblama, dişin pulpasının çıxarılması, yaxud dişin özünün çəkilməsi, diş əti xəstəliklərinin müalicəsi, dental implantasiya, müxtəlif protezlərin hazırlanması və s.) zamanı həkim-stomatoloqunuz çox hallarda müxtəlif tərkibli medikamentoz vasitələri ya inyeksiya, ya məhlul şəklində tətbiq edib. Təbii ki, tətbiq edilən medikamentoz preparatların kimyəvi tərkibi, onun hansı üsulla hazırlanması, niyə məhz müalicənin bu və ya digər mərhələsində sizdə istifadə olunması insanları heç maraqlandırmayıb. Lakin COVID-19 qlobal bəlasından qorunmaq üçün dövlətin ayırdığı külli miqdarda valyutanın xərclənməsi hesabına, min bir əziyyətlə respublikamıza gətirilməsi təmin edilən bu vaksinə gəldikdə isə hamı özünü həkim, epidemioloq, əczaçı, mikrobioloq, yaxud kimyaçı kimi aparır. Əksəriyyət Google-dan əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq, bir-birlərinə peyvənd vurdurmamaq barədə ciddi tövsiyələr verir”.
Bu cür davranışı təzadlı sayan baş stomatoloq bildirib ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, COVID-19-dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vurulur: “Bunun bəhrəsini isə biz həyatımız boyunca həmin xəstəliklərə yoluxmamaqda görürük. Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, B hepatitinə qarşı əhali arasında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi vurdurur, sonra revaksinasiya olunurlar. Onlar belə xəstələrlə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaqdan sığortalayırlar. Ancaq demək olar ki, pandemiya başlanan gündən bəzi sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək, bəzi həmvətənlərimiz yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.
Həkim-stomatoloq hazırki pandemiya dönəmində ətrafdakılardan utanıb-çəkinmədən yerə tüpürən vətəndaşlara da müraciət edib. Qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu vaksinasiya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir. Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, indiki zamanda çox qorxulu olan pis bir adət var. Bu da insanların öskürən zaman ağız boşluğuna düşən bəlğəmi birbaşa küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların hava vasitəsilə yayılmasına, eləcə də həmin ərazidən keçən insanların ayaqqabılarına bulaşaraq evinə və ya işlədiyi müəssisəyə gətirilməsinə zəmin yaradır.
Professor N.Pənahov bir daha vətəndaşlara müraciət edərək, onları elementar gigiyenik qaydalara riayət etməyə və peyvəndə icazə verməyə çağırıb.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

