TƏBİB-in təşkilatçılığı ilə Beynəlxalq Astma Gününə həsr olunan elmi-praktiki vebinar keçirilib    
05.05.2021 09:51
TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı və tabeli xəstəxanalarda çalışan 300-dən çox tibb işçisinin iştirakı ilə 4 may - Beynəlxalq Astma Gününə həsr edilmiş elmi-praktiki vebinar keçirilib.
 
Vebinarı giriş nitqi ilə açan TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı çətin pandemiya dövründə fədəkarlıq göstərən tibb işçilərinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri cəmiyyətin diqqətini problemə cəlb edərək, əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri barədə daha geniş maarifləndirməyin önəmindən danışıb.
 
R.Bayramlı astmanın dünya səhiyyəsinin qlobal problemlərindən hesab olunduğunu və yer kürəsində bu xəstəlikdən milyonlarla insanın əziyyət çəkdiyini bildirib.
 
Daha sonra TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin rəhbəri, professor Elmir Bəşirov, şöbə müdiri, t.ü.f.d Emil İskəndərov, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, institutun aparıcı pulmonoloqları - t.ü.f.d. Gülzar Əliyeva, t.ü.f.d. Vasif Abdullayev, elmi işçi Günay Əliyeva və Sevda Mustafayeva çıxış edərək bronxial astma xəstəliyinin müayinə, müalicə prinsipləri, aparılan tədqiqatların nəticələri haqqında ətraflı məlumat veriblər.
 
Sonda Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun pulmonoloqları tərəfindən vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır