Nitratla zəngin tərəvəzlər ürək xəstəlikləri riskini azaldır
04.05.2021 19:23

Edit Kouen Universiteti (ECU) tərəfindən aparılan yeni araşdırma göstərib ki, gündə bir fincan nitratla zəngin tərəvəz yeməklə ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.

 

Araşdırma üçün Danimarkada yaşayan 50 mindən çox insanın məlumatlarından istifadə edilib. Onlar üzərində 20 ildən çox müddət ərzində müşahidələr aparılıb. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, alimlər nitratla zəngin tərəvəz yeyən insanlarda sistolik qan təzyiqinin təxminən 2,5 mm civə sütununa düşdüyünü aşkar ediblər.

 

Aparıcı müəllif, ECU Qidalanma Tədqiqat İnstitutundan doktor Ketrin Bondonno pəhrizin ürək xəstəliklərinin qarşısının alınması üçün müəyyən edən amil olduğunu qeyd edib. "Bizim nəticələrimiz göstərib ki, gündə sadəcə bir fincan nitratla zəngin çiy tərəvəz yeyərək, insanlar ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə Ketrin Bondonno vurğulayıb.

 

Tədqiqat zamanı ən böyük risk azalması periferik arteriya xəstəliyi ilə əlaqədar olub (26 faiz).

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev